Number of visitors on page:

N/A

Prof. Dr. Jeton Kelmendi bio Azerbaijan

Page Visitors:

N/A

Jeton Kelmendi çağdaş alban şairidir. O, çoxşaxəli istedada malik olub yazıçı, dramaturq, publisist, tərcüməçi, naşir və universitet professoru kimi səmərəli fəaliyyət göstərir. 1978-ci ildə Kosovanın Peja şəhərində anadan olmuş, ilk təhsilini də burada almışdır. Daha sonra Pristina Universitetində təhsilini davam etdirmiş, kütləvi kommunikasiya sahəsində incəsənət ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O, Belçikanın Brüssel Universitetində beynəlxalq təhlükəsizlik tədqiqatları ixtisası üzrə magistraturanı bitirmişdir. İkinci magistr dərəcəsini isə diplomatiya ixtisası üzrə almışdır. J.Kelmendi “Avropa Birliyinin siyasi təhlükəsizlik məsələlərində medianın təsiri” mövzusunda dissertasiya müdafiə etmişdir. Hazırda AAB Universitet Kollecində professordur. Avstriyanın Zaltsburq şəhərində Avropa İncəsənət və Elmlər Akademiyasının fəal üzvüdür. Çoxsaylı şeirlər, esselər və nəsr əsərlərinin müəllifidir. Albaniyada və xaricdə bir çox qəzet üçün müntəzəm olaraq mədəni və siyasi mövzularda, xüsusilə də beynəlxalq əlaqələr haqqında məqalələr yazır. Jeton Kelmendi 1999-cu ildə nəşr olunan “Əsrin vədi” adlı ilk şeir kitabının nəşrindən sonra Kosovada geniş şöhrət qazanmış və daha sonra doqquz şeir kitabı, iki dramı, dörd siyasi-elmi kitabı çap olunmuşdur. Onun şeirləri iyirmi yeddi dilə tərcümə edilmiş və bir sıra beynəlxalq ədəbi antologiyalarda nəşr edilmişdir. O, əsərləri başqa dillərə ən çox tərcümə edilən alban şairidir və Avropada yaxşı tanınır. Tənqidçilərin fikrincə, Jeton Kelmendi müasir alban poeziyasının əsl nümayəndəsidir. Beynəlxalq səviyyədə tənqidçilər və şairlər onun yaradıcılığı haqqında çoxsaylı məqalələr yazmış, onu böyük bir Avropa şairi hesab etdiklərini vurğulamışlar. O, bir çox beynəlxalq poeziya qurumlarının və ingilis, fransız, rumın dillərində bir çox ədəbi-mədəni jurnalların redaksiya heyətinin üzvüdür. Hazırda, həm Belçikanın paytaxtı Brüsseldə, həm də Kosovanın paytaxtı Pristinada yaşayıb fəaliyyət göstərir.

Nəşr olunan əsərləri:  

  1. “Əsrin vədi” (“Shekulli i Premtimeve”). 1999 (şeirlər) .
  2. “Sükutdan kənarda” (“Përtej Heshtjes”). 2002, (şeirlər).
  3. “Günortadan sonra” (“Nö qoftë mesditë”). 2004, (şeirlər).
  4. “Vətən, məni bağışla” (“Më falaq Atdhe”). 2005, (şeirlər).
  5. “Gələnlər hara gedir” (“Ku shkojnë archhjet”). 2007, (şeirlər).
  6. “Küləyin iziylə gəldin” (“Erdhe p’r gjurmë të erës”). 2008, (şeirlər).
  7. “Vaxt keçdiyi zaman” (“Koha kurë të ketë kohë”). 2009, (şeirlər).
  8. “Gəzən düşüncələr” (“Rrugëtimi i mendimeve”). 2010, (şeirlər).
  9. “Ruhun vəftizi”. (“Pagezimi I shpirtit”). 2012, (şeirlər).
  10. “Unudulanları çağırıram” (“Thërras gjërat e harruara”). 2013, (şeirlər).

Nəşr olunan pyesləri:

  1. “Söz xanım” (“Zonja Fjalë”). 2007, (dram).
  2. “Oyun və anti oyun” (Drama kundër lojë). 2011, (dram).

Siyasi elmi nəşrləri:

  1. Müstəqillik qazandıqdan sonra Kosovada AB missiyası. 2010, ABŞ.
  2. Elm oyrənmək üçün uyğun olnmayan zaman. 2011, Priştine, Kosova.
  3. NATO-AB missiyaları, əməkdaşlıq və ya rəqabət. 2012, Tiran Albaniya.
  4. Aİ-də təhlükəsizlik siyasətinə təsir, 2016, Brüssel, Belçika.

 

Xarici dildə nəşr olunan əsərləri:

1.“Nə qədər çox məktub həkk olundu” (“Sa fortë janë rralluar letrat”); rumın dilində Rumıniyada nəşr olunmuşdur.

  1. “Tənəffüs” (“Frymëmarrje”); Hindistanda nəşr olunmuşdur.
  2. “Şifrə verin”, dram; Fransız dilində nəşr olunmuşdur.
  3. “Sükut başlayanda” (“When start the silence”), şeir; Paris, Fransa.
  4. “Hara gedəsən” (“Where go the comings”), yunanca şeir; Yunanıstan.
  5. “Necə istəməli” (“Si me dashtë”), poeziya; Almaniya.
  6. “Söz xanım” (Miss word) dram, Almaniya.
  7. “Sözlər sükutu susdurur” (Words croses the silence), 2009, Braziliya.
  8. “Necə sevmeli” (Si me dashtë) şeir, Türkiyə.
  9. “Zamanın zirvəsində” (In the bigening of time), şeir, Ukrayna.
  10. “Özünə necə çatasan” (How to reach yourself), şeir, SŞA.
  11. “Ötən zamanın zirvəsində” (A vers on top of the time gone), şeir, Rusiya.
  12. “34 şeir” (34 poemus), şeir, Çin.
  13. “Elliptik nöqtələr” (Elliptical dots), şeir, Misir.
  14. “Ruhun düşüncələri” (Thoughts of the spirit), şeir, İspaniya 2014.
  15. “Necə sevməli” (How to love), şeir, Türkiyə, 2015.
  16. “Necə sevməli” (How to love), şeir, Argentina, 2015.
  17. “Necə sevməli” (How to love), şeir,Kataloniya, 2015.
  18. “Qısaldılmış məsafələr” (Shortening distances), şeir, Rumıniya, 2016.
  19. “Sözün yaraları” (Plagët e fjalës), şeir, Moldaviya, 2018.
  20. “Düşüncələr sevgi üçün ovlanır” (Thoughts Hunt the Loves), şeir, Tayvan 2018.
  21. Seçilmiş şeirlər, (Selected poems), şeir, Polşa, 2018.
  22. “Düşüncəyə aparan misralar” (How to know), şeir, Türkiyə 2018.
  23. “Vəhşi sükut” (Wild silence), şeir, Serbiya Belqrad 2018.
  24. “Sevgi dolu” (Eatg of love), şeir, Montenegrian, Montenegro Podgorica 2018.
  25. “Tale məkanında” (Destiny space), şeir, Makedoniya 2018.

Jeton Kelmendi tərəfindən tərcümə olunan kitablar:

  1. Afanasi Vançev de Fraki. Gözəllik yaraları. Covalin Kola ilə birlikdə fransızcadan tərcümə.
  2. İskəndər Şərifi. İşığın kölgələri (Belçika), fransızcadan tərcümə.
  3. Beynəlxalq Şeir Antologiyası (10 ölkədən 10 şair) ingilis və fransız dilinə tərcümə edilmişdir.
  4. Görmə sahəsi (Beynəlxalq Şeir Antologiyası) (13 ölkədən 13 şair) ingilis dilindən tərcümə olunmuşdur.
  5. Erlinq Kittelsen. Sən kim olduğunu bilirsən. (Norveç) ingilis dilindən tərcümə olunmuşdur.
  6. Çjan Çji. Hər şeyi adlandırmaq. (Çin) ingilis dilindən tərcümə olunmuşdur.
  7. Bill Wolak. Küləyin Tənhalığı. ingilis dilindən tərcümə olunmuşdur.
  8. Alicja Kuberska. Ağlına salmaq. Polşa, ingilis dilindən tərcümə olunub.
  9. Lee Kuei-shien. Düşüncələrin səsi. Tayvan, ingilis dilindən tərcümə olunub.
  10. Ataol Behramoğlu. Kamil qəsəbəsi. İstambul, ingilis dilindən tərcümə olunmuşdur.

Beynəlxalq mükafatlar:

  • Avropa Elm və Sənət Akademiyasının üzvü, Salsburg, Avstriya.
  • Avropanın Professional Jurnalistlər Assosiasiyasının üzvü, Brüssel, Belçika.
  • Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının üzvü, Paris, Fransa.
  • Ukrayna, Ukrayna, Ukrayna Elm və Yüksək Akademiyasının üzvü.
  • Belçikanın Francophone Beynəlxalq PEN klubunun üzvü, Brüssel Belçika.
  • “Mihay Eminescu” Beynəlxalq Akademiyasının fəxri üzvü, Rumıniya.
  • Avrasiya Yazarlar Birliyinin üzvü.

Beynəlxalq mükafatlar:

  1. Ukrayna Elmlər Akademiyasında Ukraynanın və Qafqaz tədqiqatlar İnstitutunun fəxri professoru.
  2. Del Este Milli Universitetinin fəxri doktoru, 2017.

III. SOLENZARA Beynəlxalq Mükafatı, Paris, Fransa 2010.

  1. “Nikolay Qoqol” Beynəlxalq Mükafatı. 2013.
  2. “Böyük İskəndər” Beynəlxalq Mükafatı. Yunanıstan, 2013.
  3. MİTİNQU Milli Şeir kitabı mükafatı, Cakova, Kosovo 2011.

VII. Beynəlxalq “Dünya şeiri” mükafatı, Sarayevo, Bosniya-Herseqovina, 2013.

VIII. “2013-cü ilin tərcüməçisi” mükafatı, Çin, 2013.

  1. Şeirdə humanizmə görə “Tereza ana” Beynəlxalq mükafatı, Cakova Kosovo. 2013.
  2. Udmurd PEN Klubunun X. Beynəlxalq “Ludwig Nobel” mükafatı, Rusiya 2014.
  3. “Mihai Eminescu” Beynəlxalq mükafatı, Rumıniya, 2016.

XII. “2016-cı ilin şairi” Beynəlxalq Mükafatı Sofly Beynəlxalq Ədəbiyyat Fondu, 2017.

XIII. Beynəlxalq Sülh Mükafatı. Dünya Sülh İnstitutu, Nigeriya, 2017.

XIV. “Dünya ədəbiyyatı” Beynəlxalq mükafatı, Qazaxıstan, 2017.

  1. Dünya Sülh İnstitutu tərəfindən Barış Ambasadoru. 2017.

XVI. “Akademik mükafat” Beynəlxalq ödülü, Avropa Elmlər və İncəsənət Akademiyası. Paris 2018.

XVII. Mateu Arnold Beynəlxalq mükafatı, Hindistan 2018.

Şəxsi sayt www.jetonkelmendi.page.tl

Tərcümə Terane Turan Rehimli

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New Articles